2022-ci ildə Azərbaycan banklarının nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri 2021-ci ilə nəzərən 27 % artaraq 5,1 milyard ABŞ dolları ekvivalentində olub.
Mərkəzi Bankın 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə - BƏYANATI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
Məlumata görə, bunun bunun 85,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Ötən ilin aprel ayından başlayaraq ilin sonuna qədər xarici valyutanın alışının satışından yüksək olması hesabına xalis xarici valyuta satışı əvvəlki ilə nəzərən 5 dəfə azalıb.
Bundan başqa, icmalda deyilir ki, 2022-ci ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Hesabat dövründə valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənib. Tədiyə balansının iri həcmli profisiti valyuta bazarında təklifin genişlənməsilə müşaiyət olunub.
Hesabat ilində valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə artıb.
İl ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların dəyəri əvvəlki ilə nəzərən 13,9 % artaraq 31,7 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 83,4 %- i ABŞ dollarında, 16,6%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,6%-i banklararası valyuta bazarında (BVB), 71,4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 9,6 % artaraq 9 milyard ABŞ dolları ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 99,1%-i ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 22,6 milyard dollar ekvivalentində olmub ki, bu da ötən ilə nəzərən 15,8% çoxdur. Əməliyyatların 77,1%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. (Report)