2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78 milyard 050,2 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 7686,9 manatlıq gəlir düşüb.
Əhalinin sərəncamında qalan gəlirləri 69 milyard 341,2 milyon manat təşkil edib.