Dövlət Vergi Xidməti "CKH Azerbaijan" MMC şirkətini dövlət qeydiyyatına alıb. CKH ABŞ-ın beynəlxalq nüfuzlu konsaltinq şirkətidir.
FED.az xəbər verir ki, 1000 ABŞ dolları nizamnamə kapitalı olan şirktin hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, CƏFƏR CABBARLI ev.44-dür.
Şirkətin qanuni təmsilçi (direktoru və ölkə meneceri) Qasımov Zaur Vaqif oğludur.
"CKH Group" özəl şəxslərə və korporasiyalara maliyyə həlləri təklif edən biznes məsləhət ABŞ şirkətidir. Şirkətin baş ofisi ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşir. Şirkət mühasibat uçotu, maliyyə və məsləhət xidmətləri sahələrində beynəlxalq nüfuza malikdir. (Marja)