2 may 2018-ci il tarixində Bakı Fond Birjasında Mərkəzi Bankın (AMB) 50101767S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 630 972 400,00 AZN olmuşdur. Bu da tələbin təklifi 2,5 dəfə üstələməsi deməkdir.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 30.05.2018