Dünya bazarında neftin, o cümlədən Azərbaycan neftinin ucuzlaşması Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinə də təsirini göstərməyə başlayıb.
Eləcə də bax: Dövlət Neft Fondunda hazırkı durum – İNFOQRAFİKA, RƏQƏMLƏR
FED.az xəbər verir ki, aprel ayında Neft Fondunun «Azəri-Çıraq-Günəşli» yataqlarından («Əsrin Müqaviləsi»ndən) gəlirləri cəmi 312 milyon dollar təşkil edib. Müqayisə üçün bildirək ki, mart ayında bu göstərici 666 milyon dollar, yanvar-fevralda isə 1005 milyon dollar və ya orta hesabla ayda 500,2 milyon dollar olmuşdu.
Ümumilikdə ilk 4 ayda Neft Fonduna AÇG yatağından 1 983 mln. ABŞ dollar, o cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından 112 milyon dollar daxil olub. Şahdəniz yatağı üzrə qazın satışından isə 59 mln. ABŞ dolları vəsait daxil olub.