Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.
Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb
FED.az xəbər verir ki, Fond tərəfindən 2024-cü ilin fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
ARDNF tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, cari ilin yanvar ayı ilə müqayisədə fevralda Fondun valyuta satışı 2,2 dəfə və ya 503,5 milyon dollar artıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, ötən ilin fevral ayı ilə müqayisədə Fondun valyuta satışı 2,6 dəfə artıb.