Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta satışı ilə bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin sentyabr ayı ərzində 164,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin avqust ayı ərzində 93,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, avqust ayı ilə müqayisədə sentyabr ayında Fondun valyuta satışı 70,6 milyon dollar və ya 75,2% artıb.
Həmçinin, Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 383,9 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində 286 milyon ABŞ dolları, may ayı ərzində 277,2 milyon ABŞ dolları, iyun ayı ərzində 78,9 milyon ABŞ dolları, iyul ayı ərzində 272,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.