Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ABŞ-ın Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlak almağı planlaşdırır.
Eləcə də bax: SOCAR xərcləri azaltmağa hazırlaşır - TƏHLİLLƏR APARILIR
FED.az xəbər verir ki, bu barədə Fondun 2019-cu il üzrə hesabatına görə məlumat verilir.
Hesabata əsasən, ARDNF "Gaw Capital Partner" şirkəti tərəfindən idarə olunan "GAW US FUND III" fondu ilə birlikdə Los-Anceles şəhərində yerləşən ticarət tipli daşınmaz əmlaka müştərək investisiya qoyuluşunun həyata keçirilməsinə dair razılıq əldə edilib.
"Birgə investisiyada ARDNF-in payına düşən kapital qoyuluşu 50 mln. ABŞ dolları təşkil edir", - hesabatda deyilir.
Qeyd edək ki, 2019-cu ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivdən ibarət olub. (Apa)