2023-cü ilin ilk dörd ayında Naxçıvan Muxtar Respublikasında əhalinin banklardakə əmanətləri kəskin artırıb.
Muxtar respublikada sahibkarlara verilən kreditlər - 2,2 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bunu Fuad Nəcəfli öz tvitter hesabında 2023-cü ilin ilk dörd ayında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri ilə bağlı açıqlamasında bildirib. F.Nəfəcli Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsidir.
2023-cü ilin 1 may tarixinə əhalinin banklardakı əmanətlərinin həcmi 16 milyon 276 min manat olub.
2022-ci ilin eyni dövründə bu rəqəmin 11 milyon 551.8 min manat olduğunu nəzərə alsaq, illik 40.9% artım deməkdir.