Bu ilin iyulun 1-ə Naxçıvanda fəaliyyət göstərən banklarda əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 15 milyon 228,5 min manat təşkil edib.
Naxçıvanda kredit qoyuluşu - 30%-DƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsi məlumat yayıb.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur.
Bunun 95,3 %-i və ya 14 milyon 507,8 min manatı milli valyutada, 4,7 %-i və ya 720,7 min manatı isə xarici valyutada qoyulub. Bu da, illik müqayisədə 22,1 % çox və 7,7 % azdır.