Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 150,1 milyon manat dotasiya ayrılıb.
Palata: Naxçıvanda dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş məbləğin icra faizi aşağı olub
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının yerli büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.
"Yerli büdcə gəlirlərinin faktiki göstəricisinin bütün aylar üzrə proqnozdan artıq olması ayrılan dotasiyada qənaəti şərtləndirib", - deyə sənəddə qeyd olunub. (Report)