Bu ilin ilk yarımili üzrə Naxçıvanda dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin icra faizi aşağı olub, bəzi layihələr üzrə ödənişə başlanılmayıb.
"Naxçıvan TV"də dövlət əmlakından istifadə ilə bağlı pozuntular aşkarlanıb
Bu barədə FED.az-a Hesablama Palatasından bildirilib.
Birinci yarımildə Muxtar Respublikanın büdcəsində dövlət əsaslı vəsait qoyuluşu cari il üçün nəzərdə tutulmuş 22 mln. manatın 6 aylıq bölgüsünə (8,6 mln. manat) qarşı 5,6 mln. manat (65,9%) icra olunub. Müvafiq sərəncamlara əsasən dövlət əsaslı vəsait qoyuluşu üçün Muxtar Respublika büdcəsində nəzərdə tutulmuş 22 mln. manat vəsaitin 20,6 mln. manatının bu ilin ilk yarısında 13 sifarişçi təşkilata 28 layihə üzrə bölgüsü aparılıb. Cari ilin 6 ayı ərzində 9 sifarişçi təşkilat üzrə 13 layihəyə cəmi 5,6 mln. manat vəsait ödənilib ki, bu da sərəncamlara əsasən ayrılmış vəsaitin 27,2%-həcmində olub. Baxılan dövr ərzində 9 sifarişçi təşkilat üzrə 15 layihə üçün nəzərdə tutulmuş 8,7 mln. manat vəsait üzrə ödənişə başlanılmayıb. (Apa)