FED.az qurumun rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 6 ay ərzində “İnvest-Az”ın gəlirləri ötən ilin eyni dövrünə olan göstəriciləri ilə müqayisədə 67,8% artaraq 1,4 mln. manat, xərcləri 59,3% artaraq 0,9 mln. manat təşkil edib.
Cari ilin iyulun 1-nə qurumun aktivləri 8,4 mln. manat olub ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 65,1% çoxdur. Bunun 8,1 mln. manatı cari aktivlərdir,bu da ötən ilin 6 ayı ilə müqayisədə 69,2% artım deməkdir.
Hesabat tarixinə qurumun ümumi öhdəlikləri 60,1% artaraq 7,2 mln. manat təşkil edib ki, bunun da 7 mln. manatını müştərilərin hesabları təşkil edib. Həmçinin son 6 ayda qurumun müştəri hesabları portfelində 70,6% artım müşahidə olunub.
Qurumun Hesabat tarixinə nizamnamə kapitalı 800 min manat təşkil edib
Ötən ilin 6 ayı ilə müqayisədə qurumun məcmu kapitalı 99,4% artaraq 1,3 mln. manat təşkil edib
Eləcədə bax: "InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz