Beynəlxalq reytinq agentliyi «Moody's Investors Service» Türkiyənin kredit notunu "B1"dən "B1"ə endirərək neqatik proqnoz açıqlayıb.
Eləcə də bax: Türkiyənin futbol klubları banka kreditlərini - QAYTARA BİLMİRLƏR
FED.az xəbər verir ki, reytinqin endirilməsinin səbəbi Türkiyənin xarici rniskelər qarşısında maliyyə vəziyyətinin pisləşməsi və institusional problemlər olub.
«Moody's» analitiki Sarah Carlson və Yves Lemay bildiriblər ki, «Türkiyənin xarici zəifliyinin getdikcə daha çox pul ödəməsi ehtimalı tarazlıq böhranına çevriləcək». Eləcə də onlar bildirib ki, «ölkənin müvaafiq qurumları «Türkiyənin kredit profili üçün artan risklərin və çətinliklərin qarşısını ala bilmirlər və ya bunu bacarmırlar».
Moody's analitikləri, qızıl xaricində ümumi xarici valyuta ehtiyatlarının bu il yüzdə 40-dan çox azalaraq 4 sentyabr tarixinə 44,9 milyard dollara düşdüyünü və ölkənin tədiyyə balansını qorumaq qabiliyyətinə təzyiq göstərdiyini qeyd etdilər. Moody's, artan geopolitik risklər barədə də xəbərdarlıq edib.
Digər kredit reytinq agentliklərinini qiymətlənjdirməsinə gəlincə, «S&P Global Ratings» Türkiyəyə «B+», «Fitch Ratings» isə «BB» səviyyəsinə reytinq verib.