Beynəlxalq kredit reytinq agentliyi Moody's Türkiyənin kredit reytinqini "B2"dən "B3"ə endirib, reytinq proqnozunu “mənfi”dən “sabit”ə dəyişdiyini açıqlayıb.
Eləcə də bax: “Moody’s” Azərbaycanın kredit reytinqlərini - “Ba1”ə YÜKSƏLDİB
Moody's kredit reytinqinin aşağı salınmasına səbəb kimi Türkiyənin tədiyyə balansına artan təzyiqləri və valyuta ehtiyatlarının daha da azalması riskini göstərib. Agentlik həmçinin qeyd edib ki, Türkiyənin cari hesab kəsiri çox güman ki, əvvəlki gözləntiləri böyük fərqlə üstələyəcək.
Təşkilat hesab edir ki, Türkiyənin cari hesab kəsiri bu il ümumi daxili məhsulun 6 faizinə yaxın olacaq ki, bu da Rusiyanın Ukraynaya təcavüzündən əvvəl gözləniləndən üç dəfə çoxdur.
Analitiklər Kathrin Muehlbronner və Alejandro Olivo bəyanat verərək, hakimiyyət orqanlarının valyutanı sabitləşdirmək və valyuta buferlərini artırmaq üçün getdikcə qeyri-adi tədbirlərə əl atmağa məcbur olduqlarını bildiriblər.
“Getdikcə mürəkkəbləşən tənzimləyici, fiskal və makroprudensial tədbirlərin makroiqtisadi sabitliyin bərpasında təsirli olacağı ehtimalı azdır”, - analitiklərin bəyanatında deyilir.