"Geosiyasi gərginlik genişmiqyaslı hərbi əməliyyatlara çevrilərsə, bu, Ermənistanın daxili siyasətinə sıçrayaraq, ölkənin iqtisadi və fiskal perspektivlərini ağırlaşdıra bilər".
Moody's Türkiyədəki seçkiləri qiymətləndirdi - YÜKSƏK İNFLYASİYA DAVAM EDƏ BİLƏR
FED.az xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq kredit reytinq agentliyinin Ermənistanla bağlı proqnozunda bildirilib.
Agentlik bildirib ki, si Ermənistanın təhlükəsizlik arxitekturasının struktur dəyişikliyinə səbəb olub. Son bir ildə Ermənistan üçün geosiyasi risklər artıb. Ötən il ərzində Rusiyanın regional mövcudluğunun azalması Ermənistan və Azərbaycan arasında mübahisəli bölgələr üzərində hərbi toqquşmaların tezliyinin və intensivliyinin artması ilə üst-üstə düşüb. Bu atışmalar 2022-ci ilin ikinci yarısında iki ölkə arasında ağır toqquşmalarla nəticələnib. Hərbi gərginliyin tezliyi və intensivliyi yüksək olaraq qalır.
"Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında münaqişənin uzunmüddətli həlli mümkün olmayacaq. İki ölkə arasında gərginlik yüksək olaraq qalacaq, lakin genişmiqyaslı hərbi əməliyyatlara keçməsi ehtimalı azdır. Aİ və ABŞ-ın regionda artan iştirakı, çox güman ki, tammiqyaslı münaqişənin qarşısını almağa kömək edəcək" - "Moody`s" əlavə edib. (Apa)