"Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqlərinin dövri baxışının başa çatdığını elan edib.
Eləcə də bax: "Moody’s" Azərbaycanın - BANK SEKTORUNU QİYMƏTLƏNDİRİB
FED.az xəbər verir ki, “Moody's” bu dövri araşdırmalarda reytinqlərin uyğunluğunu, son dəyişiklikləri qiymətləndirir və oxşar reytinqli ölkələrinin maliyyə və əməliyyat profillərinin müqayisəsini təkrar aparır.
Sözügedən icmalda reytinq komitəsi iştirak etmir və bu kredit reytinqinin dəyişilməsinin və yaxın gələcəkdə kredit reytinqində dəyişiklik olacağına işarə deyil. Agentlik qeyd edir ki, kredit reytinqi və ya proqnozu dövri baxışda dəyişdirilə bilməz.
Xatırladaq ki, hazırda “Moody's” Azərbaycanın kredit reytinqini “Ba2” səviyyəsində qiymətləndirir. (Apa)