Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1434-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Prezident Nazilər Kabinetinə tapşırıq verdi - FƏRMAN
FED.az-ın məlumatına görə, fərmana əsasən mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizi Prezidentin Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün Prezidentin Administrasiyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xəzinə hesabına köçürüləcək, qalan hissəsi isə dövlət büdcəsinə ödəniləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ödənilən dövlət rüsumunun 30 faizi aşağıdakı kimi bölüşdürüləcək:
- 5 faiz Prezidentn Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezideni Administrasiyasının hesabına köçürüləcək;
- 25 faiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək məqsədi ilə həmin Nazirliyin hesabına köçürüləcək.
Mobil cihazların qeydiyyat rüsumu belə bölüşdürüləcək – QAYDA
21:30
31 Yan 2019