Aktivlərin qiyməti hər gün dəyişir və bu da sizə səhmləri, qızılı, valyutanı, indeksləri və enerji resurslarını öz mənfəətiniz xeyrinə alıb-satmaq imkanı verir. İki istiqamətdə, yəni sözügedən aktivlərin qiymətinin qalxmasından və düşməsindən, pul qazanmaq olar.
Qaydalar hamı üçün eynidir: ucuz al, baha sat; və ya əksinə: baha sat, ucuz al. Məsələn, səhmlərin qiymətinin qalxmasından pul qazanmaq üçün bir səhmi məsələn, 17 dollardan alın, bir müddət keçdikdən sonra həmin səhmin qiyməti 30 dollar olduqda onu satın. Alış və satış qiyməti arasındakı fərq isə sizin mənfəətiniz olacaqdır.
Minimum yatırım
Ticarətə başlaya bilməniz üçün heç də böyük məbləğdə başlanğıc kapitalınızın olmasına ehtiyac yoxdur. İstənilən kəs kredit çiynindən istifadə edə və hətta əlində faktiki olaraq böyük məbləğ olmadan həmin məbləğlə ticarət apara bilər. Məsələn, əlimizdə olan cəmi 200 dollarlıq məbləği yatırım edərək 20000 dollarlıq səhm ala bilərik.
Nədən başlamalıyıq?
Maliyyə bazarlarında təxminən 700 minə yaxın insan ticarət əməliyyatları ilə məşğul olur. Onların təcrübəsi göstərir ki, şəxsi kapitalı 0-dan 8000%-dək artırmaq mümkündür. Ən əsası isə odur ki, problemə sistemli yanaşa biləsiniz.
İlk öncə başlamaq üçün ticarət platformasının, yəni bazar ilə əlaqənin olmasına ehtiyac vardır. Bu, imkan verir ki, aşağıdakıları edəsiniz:
- aktivlər üzrə cari qiymətlər (kotirovkalar) barədə lazımi bilikləri əldə edəsiniz;
- internet vasitəsilə aktivlərin alışı-satışı üçün sövdələşmələr bağlayasınız;
- dəqiq proqnozların qurulması üçün faydalı analitik xidmətlərdən istifadə edəsiniz.
Sözügedən platforma bir interfeysdən bütün ticarət alətlərinə girmək, keçə bilmək imkanı verir. Burada əsas qayda ucuz alıb, baha satmaqdan ibarətdir ki, bu da onlardan istənilən birinə şamil oluna bilər.