“Maliyyə icarəsi haqqında” qanun layihəsi hazırlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qanun layihəsi bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir, maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.













