Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
İclasda qurumun yeni tərkibdə İdarə Heyəti (İH) formalaşdırılıb.
Belə ki, indiyə qədər İH-nin sədri vəzifəsini icra edən Araz İsmayıl oğlu Əliyev sədr vəzifəsinə, İH-nin üzvü vəzifəsini icra edən Leyla Xıdırnəbi qızı Qaralova isə üzv vəzifəsinə təsdiqlənib.
Bundan başqa, indiyə qədər İH-nin üzvü vəzifəsini icra edən Vasif Oqtay oğlu Səlimov və İlqar Məhərrəm oğlu Qurbanov MDM-in rəhbərliyindən kənarlaşdırılıb, onların yerinə Müşfik Razik oğlu Əhmədli İH-nə yeni üzv seçilib.
report.az