Azərbaycanda plastik borular istehsalçısı “METAK” şirkəti 2019-cu ilin 1-ci yarısını 1 milyon 456 min manat xalis mənfəət ilə bitirib. FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.
2018-ci ilin birinci yarısını şirkət 3 milyon 132 min manat xalis mənfəət ilə bağlamışdı.
Bu ilin birinci yarısına şirkətin cəmi aktivləri 94 mln 380 min manat, cəmi öhdəlikləri 44 mln 487 min manat təşkil edib.
2019-cu ilin yanvar-iyun aylarında "METAK"ın cəmi gəlirləri 36 mln 520 min manat, cəmi xərclər 35 milyon 75 min manat təşkil edib. Bunun nəticəsi olaraq şirkət 1 mln 456 min manat mənfəət əldə edib.