13 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki. hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99%) və 99.2278 AZN (10.01%) olan 14 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600,00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99%), orta ölçülmüş qiyməti 99.0443 AZN (12.41%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 147 357 600,00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 10.01.2018