Azərbaycan Mərkəzi Bankın yeni rəhbəri – idarə heyətinin sədri Taleh Kazımov keçirdiyi ilk mətbuat konfransında Mərkəzi Bankın idarə heyətinin digər üzvlərinin dəyişib-dəyişməyəcəyi barədə sualı da cavablandırmalı olub.
Eləcə də bax: İnflyasiyanın aşağı salınması üçün dövriyyədə olan nağd pul - AZALDILACAQ
FED.az xəbər verir ki, AMB sədri xatırladıb ki, bu səlahiyyət ölkə prezidentində və parlamentindədir.
«Bu sualla bağlı onu deyə bilərəm ki, Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin 15-ci bəndinə əsasən, Mərkəzi Bankın idarə heyətinin üzvləri Azərbaycan prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər»-deyə T.Kazımov bildirib.
Qeyd edək ki, AMB-ə yeni sədrin təyin edilməsindən sonar, qurumun İdarə Heyətinin (İH) yenidən formalaşdırılacağı gözlənilir. Çünki, İH-nin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb. Belə ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017–ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.