Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 11,5% azalaraq 22 mlrd. 635,554 mln. manata düşüb. FED.az xəbər verir ki, bu göstərici AMB-də aparılan auditin hesabatının nəticələrində qeyd edilir.
2017-ci il dekabrın 31-nə AMB-nin aktivlərinin strukturunda nağd vəsaitlərin həcmi 5 mlrd. 389,626 mln. manat olub. Bu, 2016-cı illə müqayisədə 8,4% azalma deməkdir. Mərkəzi Bank investisiya qiymətli kağızlarına 4,4% az, 10 mlrd. 63,245 mln. manat sərmayə yatırıb. Ticarət qiymətli kağızlarına investisiya qoyuluşları isə 48,4% artaraq 6 mlrd. 250,456 mln. manat təşkil edib.
1 yanvar 2018-ci il tarixinə Mərkəzi Bankın öhdəlikləri 18 mlrd. 122,382 mln. Manat olub.
2017-ci ildə AMB-nin öhdəliklərinin strukturunda tədavüldə olan banknot və sikkələrin həcmi 16,9%, yəni 8 mlrd. 140,238 mln. manatadək artıb.
Bundan başqa, AMB-nin dövlət qurumları qarşısında öhdəlikləri 43,3% azalıb və 2018-ci ilin əvvəlinə 1 mlrd. 530,229 mln. manat, kredit təşkilatları qarşısında - 2 mlrd. 70,918 mln. manat (azalma 35,8%), rezident bankların depozitləri 4 mlrd. 389,826 mln. manat (azalma 25,9%) məbləğində olub. Qalan məbləğ digər maddələrin payına düşüb.
Ötən il bankın nizamnamə kapitalı 500 mln. manat məbləğində qalıb. Cari ilin əvvəlinə AMB-nin kapitalı 4 mlrd. 513,172 mln. manata (azalma 23,2%) bərabərdir.
2017-ci ilin yekunları üzrə Mərkəzi Bankın xalis mənfəəti 3 mlrd. 513,453 mln. manat (artım 8,7 dəfə) təşkil edib.
İlhamə Abdullayeva