Azərbaycan Mərkəzi Bankında ekspertlərlə makroiqtisadi proseslər müzakirə edilib.
Taleh Kazımov: "Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” hesabında paylaşım edib.
“Dünən Mərkəzi Bankda ekspertlərlə artıq ənənəvi xarakter alan növbəti görüşümüz baş tutdu.
Görüşdə müzakirələr zamanı makroiqtisadi proseslər, pul siyasətinin ötürücülüyü, bank sektorunda kredit və əmanət faizlərinin dinamikası, eləcə də mərkəzi bankçılıq gündəmində yer alan digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Görüşdə iştirak edən və öz dəyərli fikirlərini bölüşən bütün ekspertlərə təşəkkürümü bildirirəm.
İnanıram ki, bu cür platformalar qarşılıqlı etimadın güclənməsinə, davamlı və səmərəli dialoqun formalaşmasına mühüm töhfə verir”, - deyə paylaşımda qeyd edilib.














