31 Yanvar 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 655.9 milyon dollar təşkil edib.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu məbləğ, ötən ilin Dekabr ayının sonu ilə müqayisədə 33,4 milyon dollar çoxdur.
Ötən ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 622.5 milyon dollara çatmışdı.
Fevralın əvvəlində Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, valyuta ehtiyatlarının artması bazardan valyuta alışı ilə bağlı deyil. Artım valyuta ehtiyatlarının idarə edilməsindən, banklara verilən svopların geri qaytarılmasından, Mərkəzi Bankın göstərdiyi xidmətlərə görə daxilolmalardan qaynaqlanır.
Eləcə də bax: 10 manatdan çox lotereya uduşlarından vergi tutulacaq - YENİLİK