Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda planlaşdırıldığı kimi, 200 mln. manat cəlb edilib.
Tələb isə bundan 2,7 dəfə çox – 548,6 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.