Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 20-də depozit hərracı keçirəcək.
AMB-dən FED.az-a verilən məlumata görə, hərracda 14 gün müddətinə 100 mln. manat cəlb etməyi nəzərdə tutur.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 10,01%-14,99% təşkil edir.
Hərracın tarixi: 20 noyabr 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: hibrid hərrac;
Məbləğ: 100 000 000 (bir yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 10,01% – 14,99%.