Nazirlər Kabineti “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Azərbaycanda mübahisə edən iş adamları - HƏR 10 MƏHKƏMƏDƏN 1-DƏ BARIŞIBLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu Qayda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqqın və digər xərclərin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.
Bayşa qözlə, ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri (əsasən mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla) dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
İndiyə qədər bu Qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilməyib. Dəyişikliyə əsasən, bu şərt ləğv olunur (Apa).