Azərbaycanda biznes mübahisələrinin həllində mediasiya üsulunun tətbiqinin ilkin nəticələrti açıqlanıb.
Azərbaycan Mediasiya Şurasından FED.az-a verilən məlumata görə, hazırda ölkə üzrə 279 mediator fəaliyyət göstərir ki, onlardan 199-u Bakı, Sumqayıt və Abşeronda, 5-i Naxçıvan Muxtar Respublikasında, 75-i isə digər şəhər və rayonlarda çalışır.
2021-ci ildə mediatorlar tərəfindən 11 min 912 müraciət, bu ilin yanvar-may aylarında isə 16 mindən çox müraciətə baxılıb.
Onlardan təqribən 3 min müraciət kommersiya mübahisələridir ki, bunlardan 297-si üzrə barışıq Sazişi imzalanıb.