Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi bu il martın 1-nə manatda 10,1%, xarici valyutada isə 2,92% təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Eləcə də bax: “Manatın ucuzlaşması üçün biz fundamental amillər görmürük"
Məlumata görə, bu, fevralın 1-i ilə müqayisədə, müvafiq olaraq, 0,26 faiz bəndi az və eynidir.
Bundan başqa, fevralın sonuna fiziki şəxslərin əmanətləri üzrə orta faiz dərəcəsi manatda 11,18% təşkil edib ki, bu da yanvarın sonuna 0,25 faiz bəndi azdır. Sözügedən göstərici xarici valyutada isə sabit qalaraq 3,58% olub.