“Manatın ucuzlaşması üçün biz fundamental amillər görmürük”
FED.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Eləcə də bax: Azərbaycanda uçot dərəcəsi endirildi
“Tədiyyə balansı müsbət zonadadır. İlin sonunda tədiyyə balansında əhəmiyyətli pofisit gözləyirik. Eyni zamanda makro-iqtisadi sabitliyin təmin edilməsi üçün Neft Fondundan vəsait ayrılıb. Həmçinin neftin kəskin ucuzlaşacağı barədə proqnozlar yoxdur. Bu səbəbdən Manatın ucuzlaşması üçün fundamental amillər yoxdur və Manat ucuzlaşmayacaq”,- E. Rüstəmov deyib.