Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimində maliyyə təşkilatlarının fəaliyyətinə icazə verilib.
FED.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.
Qərar;n 8-ci bəndinə əsasən, banklar və bank olmayan kredit təşkilatları, lombardlar, investisiya şirkətləri, fond birjaları, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar yaxın 2 həftə ərzində fəaliyyət göstərə bilərlər.
Fəaliyyətinə icazə verilən sahələr:
8. Maliyyə təşkilatları üzrə:
8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
8.2. investisiya şirkətləri, fond birjaları;
8.3. sığorta təşkilatları;
8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.