Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə direktor təyin edilib.
FED.az xəbər verir ki, bununla bağlı maliyyə naziri Samir Şərifov əmr imzalayıb.
Eləcə də bax: Nazirlər Kabinetinin Aparatında - YENİ TƏYİNATLAR OLUB
Əmrə əsasən, sözügedən vəzifə Azər Mursaqulova həvalə olunub.
O, 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.
A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.
Xatırladaq ki, Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Prezident İlham Əliyevin bu il oktyabrın 16-da imzaladığı fərmana əsasən yaradılıb.
Report