Ümumi həcmi 15 milyon manat olan istiqrazlar üçün nazirliyin təklif etdiyi gəlirlilik ildə 9%-dir. Hərçənd istiqrazlar 3 illik müddətə buraxıldığını nəzərə alanda, investorların bu gəlirliliyə maraq göstərəcəyi inandırıcı görünmür.
Xatırladaq ki, 3 gün əvvəl Nazirliyin bir illik istiqrazlarına investorların marağı az olmuş və hərracda az sifariş verilmişdi. Üstəlik investorlar nazirliyin təklif etdiyindən daha yüksək gəlirlilik istədiklərinə görə, hərrac baş tutmamışdı.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0106014696 |
Emissiya həcmi | 15 000 000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Faiz ödənişləri (olduqda) | 2019-cu il 26 fevral, 2019-cu il 27 avqust, 2020-ci il 25 fevral, 2020-ci il 25 avqust, 2021-ci il 23 fevral, 2021-ci il 24 avqust |
Faiz gəliri | 9 % |
Ödəmə tarixi | 24.08.2021 |
Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.