Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1%-ə bərabər olacağı proqnozlaşdırılır.
Eləcə də bax: Maliyyə Nazirliyi 2021-ci il üzrə manatın dollara qarşı məzənnəsini - Açıqlayıb
FED.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Sənəddə qeyd edilib ki, qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3%, sonrakı üç ildə də 2,7-2,8% ətrafında olacağı proqnozlaşdırılıb: “2020-ci ildə əsas ticarət tərəfdaşlarında valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, 2020-ci ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunub”. (Apa)