Mayın 8-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manat həcmində, 1816 gün (5 il) tədavül müddəti olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilıb (AZ0108015881).
FED.az xəbər verir ki, hərrac barədə elanda Maliyyə Nazirliyinin gözlədiyi gəlirlilik təqribən açıqlanmışdı – illik 8,5%.
Hərracda istiqrazlara maraq böyük olub. 10 milyonluq istiqrazı almaq üçün 16 investordan ümumilikdə 56,5 milyon manatlıq 28 təklif daxil olub. İnvestorların təklif etdiyi qiymət intervalı illik 8,6-14% arasında dəyişib.
Maliyyə Nazirliyinin qərarı ilə istiqrazların kəsmə qiyməti 98.0600 AZN (9.0141%), orta ölçülmüş qiyməti 98.4376 (8.9176%) müəyyən edilib, yəni illik gəlirlik təqribən 9%. Gəlirlilik sərfəli həddə olduğu üçün nazirlik əvvəl nəzərdə tutulan 10 milyon manat əvəzinə 15 milyon manatlıq istiqraz yerəşdirib. İstiqrazların ödəmə tarixi 28 aprel 2026-ci ildir.