12 fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
| Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
| Qiymətli kağızın ISIN kodu | AZ0105002759 |
| Emissiya həcmi | 20 000 000 AZN |
| Nominal dəyəri | 100 AZN |
| İstiqrazların tədavül müddəti | 728 gün |
| Faiz ödənişləri (olduqda) | 13 avqust 2019-cu il, 11 fevral 2020-ci il, 11 avqust 2020-ci il, 9 fevral 2021-ci il |
| Faiz gəliri | 8 % |
| Ödəmə tarixi | 09.02.2021 |
| Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.












