"Biz neftdən asılılığımızı azaltmalıyıq".
Eləcə də bax: Azərbaycan manatı yenə də dollara bağlı olacaq - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, neft qiymətləri azalarsa, dövlət büdcəsinə bunun təsirləri neytrallaşdırılır: “İcmal büdcənin gəlirlərində bu göstərilib. Bunun dövlət büdcəsinə 1 illik təsiri çox az olacaq”.
Nazir qeyd edib ki, cari ildə büdcə kəsiri bizdə növbəti ildən də yuxarıdır: "Bu, ÜDM-in proqnozunun dəqiqləşməməsi ilə bağlıdır. Eyni zamanda bizdə müəyyən xəzinə qalığı da yaranacaq. Cari ilin büdcə kəsirinin maliyyə mənbələri fərqlidir. Gələn ilin dövlət büdcəsi kəsirinin maliyyələşməsi daha çox borclanma hesabına ediləcək. Bununla bağlı dövlət qurumları, bank sektoru müvafiq məsləhətləşmələr aparır". (APA)