Dünyanın aparıcı reytinq agentlikləri olan "Standard and Poor's", "Moody's" və "Fitch" Azərbaycanın kredit reytinqini "BB+" səviyyəsində müəyyən edib, lakin biz bu reytinqdən narazıyıq".
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Dövlət Televiziyasına müsahibəsində deyib.
"Hesab edirik ki, Azərbaycanın reytinqi 1 pillə də yuxarı, yəni əvvəlki "BBB-" səviyyəsində olmalıdır. Ölkəmizə investisiya reytinqi verilməlidir. Çünki Azərbaycan iqtisadi böhrandan sonra problemlərini, xüsusilə borc problemini uğurla həll edib, valyuta ehtiyatları kifayət qədər artıb, odur ki, ölkənin reytinqinin qaldırılması üçün zəmin yaranıb", - deyə nazir qeyd edib.
Eləcə də bax: Azərbaycanda şirkətlərin də problemli kreditləri həll ediləcək - RƏSMİ AÇIQLAMA
@report