Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
"Qafqazinfo" xəbər verir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə “vergi yoxlamalarına” sözlərindən sonra “və maliyyə bazarları sahəsində aparılan yoxlamalara” sözləri əlavə edilsin.
Qeyd edək ki, bu dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.