Azərbaycanda fəaliyyət göstərən 92 lizinq şirkətindən 85-i (təxminən 92,4%-i) maliyyə hesabatını açıqlamır.
FED.az xəbər verir ki, bu, aparılmış araşdırma nəticəsində məlum olub.
Maliyyə vəziyyətini ictimaiyyətdən gizli saxlamayan 7 lizinq şirkəti aşağıdakılardır:
1) "Aqrolizinq" ASC
2) "Finans Lizinq" ASC
3) "MCB Lizinq" QSC
4) "Qafqaz Lizinq" ASC
5) "Standard Lizinq" QSC
6) "Union Lizinq" ASC
7) "BTB Lizinq" ASC
Adları çəkilən lizinq şirkətlərindən 4-ü - "Finans Lizinq", "Qafqaz Lizinq", "Union Lizinq" və "BTB Lizinq" maliyyə hesabatlarını Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sistemində, qalan 3 lizinq şirkəti isə internet səhifələrində açıqlayır.
Yeri gəlmişkən, ölkədə saytı olan lizinq şirkətlərinin sayı da 7-dir. Onlar aşağıdakılardır:
1) "Azərbaycan Lizinq Şirkəti" MMC - www.ansar.az
2) "Aqrolizinq" ASC - www.agrolizing.gov.az
3) "Finans Lizinq" ASC - www.finanslizing.az
4) "MCB Lizinq" QSC - www.mcbleasing.az
5) "Pareks Lizinq ənd Faktorinq" MMC - www.parexleasing.az
6) "Qafqaz Lizinq" ASC - www.qafqazleasing.az
7) "Standard Lizinq" MMC - www.standardleasing.az
Maraqlıdır ki, internet səhifələrinin olmalarına baxmayaraq "Azərbaycan Lizinq Şirkəti", "Finans Lizinq", "Pareks Lizinq ənd Faktorinq" və "Qafqaz Lizinq" şirkətləri maliyyə hesabatlarını burada yerləşdirmir.
Daha bir maraqlı məqam isə dövlətə məxsus 2 lizinq şirkətinin - "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100% törəməsi olan "Beynəlxalq Lizinq" QSC-nin, eləcə də "Naxçıvan Aqrolizinq" ASC-nin saytlarının olmamasıdır. Onlar heç maliyyə hesabatlarını da açıqlamırlar.