Türkiyə lirəsi ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. Hazırda 1 türk lirəsinin qiyməti 6 qəpikdən də aşağı düşüb.
İstanbulda mənzil almaq üçün - 27 KİLOQRAM 200-LÜK ƏSKİNAS LAZIMDIR
Bəs lirənin ucuzlaşması ucuzlaşması Azərbaycana necə təsir edəcək?
FED.az xəbər verir ki, iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, lirənin ucuzlaşmasının manata təsiri yoxdur.
Ümumiyyətlə hansı ölkənin valyutası ucuzlaşırsa həmin ölkədən idxal olunan mallar müəyyən müddətə ucuzlaşır. Çünki manat dayanıqlığını qoruduğundan ordan aldığımız malları müəyyən qədər ucuz ala bilirik.
Ekspert qeyd edib ki, Türkiyənin ticarət dövriyyəsində son zamanlar şahidi oluruq türklər lirə ucuzlaşan kimi ona uyğun olaraq qiyməti bahalaşdırırlar.
"Belə ki əvvəllər müəyyən bir məhsulu alanda Türkiyə bazarı lirənin ucuzlaşması gec reaksiya verirdi. Hardasa iki ay müddət keçirdi və həmin müddətdə ordan gətirilən malların satışından gəlir əldə edə bilirdik. Amma hazırda Türkiyə bazar ı baş verənlərə daha çevik reaksiya verdiyindən lirənin ucuzlaşmasının malların qiymətinə təsiri olmur", - deyə olmur.
Qeyd edək ki, Türkiyə lirəsi Azərbaycan manatı qarşısında son 12 ayda 34,3%, son 24 ayda isə 66% ucuzlaşıb. (Trend)