Dollar/Türk Lirəsi məzənnəsi yeni həftəyə 1 faiz minusda olmaqla 4.67 səviyyələrindən başlayıb. Bakı vaxtı ilə saat 10:50-də məzənnə 4.6651 səviyyəsində olub.
Dollar/TL ötən həftə 4.9253 ilə bütün zamanların ən yüksək səviyyəsinə qalxmasının ardından, Mərkəzi Bankın müdaxiləsinin təsiri ilə sərt düşərək 4.54-ə qədər geriləmişdi.
Dollar/TL-nin yüksəlişinə ABŞ dollarının mühüm valyutalar qarşısında bahalaşması və Türkiyədə erkən seçki öncəsi siyasi qeyri-müəyyənlik təsir göstərmişdi.