Qlobal satış təzyiqi, daxili və xarici siyasət, artan geosiyasi risklər və ABŞ-ın sanksiyalarından sonra Rusiya bazarlarında dünən baş verən kəskin azalmalara paralel olaraq Dollar/TL və Avro/TL məzənnələri də yüksəlişini davam etdirir.
Eləcə də bax: “Hamını sakitliyə çağırıram” - Elman Rüstəmov
FED.az xəbər verir ki, Dollar dünən 4.13 Türk Lirəsini, Avro da 5.11 Türk Lirəsini keçməsinin ardından bu gün yeni rekordlar qırıb.
Dollar 4.1559-un, Avro isə 5.1449-un üzərinə çıxaraq rekordları yeniləyiblər.
Bu gün artıq Türk lirəsi Dollar qarşısında 1% dəyərdən düşüb (marja.az).