"Qeyri-sağlam qiymət prosesləri baş verir. Ən doğru həmlənin ən uyğun zamanda ediləcəyinə inanırıq".
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Dolların 4.92 lirəyə qalxmasına münasibət bildirib.
FED.az xəbər verir ki, "Twitter" hesabından açıqlama verən Zeybekci bu ifadələri işlədib:
Eləcə də bax: Dollar 5 Türk lirəsinə yaxınlaşdı - 1 GÜNDƏ 5% "ÖLDÜ"
"Ən iddialı təşviq sistemi ilə dünyada ilk yeri tuatan ölkəmiz məzənnə və faiz nisbətlərində haqq etmədiyi dalğalanmalar və valyuta bazarında qeyri-sağlam qiymət artımları yaşayır.
Müvafiq qurumlarımız real sektorun uğurunun, əməyinin və alın tərinin boşa getməməsi, valyuta bazarındakı sabitliyin təmin edilməsi üçün lazımi alət və səlahiyyətə malikdir. Bu məsuliyyəti götürərək, ən doğru həmlənin ən uyğun zamanda həyata keçiriləcəyinə inanırıq.
Hökumətimiz hər zaman azad bazar iqtisadiyyatını əsas götürmüşdür və bu anlayışla davam edəcəkdir. Maliyyə nizam-intizamından və inflyasiya ilə mübarizədə güzəştə getmədən, davamlı qtisadi artımhədəflərimiz həyata keçiriləcəkdir".