Türk Lirəsi Dollar qarşısında dəyərdən düşür. FED.az xəbər verir ki, Dollar/TL məzənnəsi bu gün kritik səviyyəsinə çatıb və 4.0012 məzənnəsinə qədər qalxıb.
Qeyd edək ki, lirənin məzənnə keçən həftə beynəlxalq bazarlarda 4.0361 göstəricisi ilə tarixi rekord həddi yaxalamışdı.
Moodys Beynəlxalq kredit reytinqi təşkilatının Türkiyənin kredit reytinqini endirməsi, geosiyasi risklər, inflyasiya və cari kəsirin pisləşməsilə Türkiyənin milli valyutasına təzyiqlər daha da artır. buna görə də 2018-ci il lirə üçün müsbət proqnozlar vəd etmir, əksinə dolların 4,30 lirəyədək bahalaşacağı gözlənilir.