Vergilər Nazirliyi tərəfindən “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab- fakturasının vahid formasının tərtib edilməsi” Qaydası təsdiq edilib.
Bu qaydalara əsasən, alıcıların tələbi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində elektron vergi hesab-fakturası hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edilir.
Qayda ilə bu linkdə daha ətraflı tanış ola bilərsiniz.
bbn©