“Hesablama Palatasının auditlərinin əməkhaqqısı Milli Məclisin deputatları ilə eyni səviyyədə tutulur. Hesab edirəm ki, bu doğru yanaşma deyil”.
Bu sözləri deputat Fazil Mustafa Hesablama Palatası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib: “Əməkhaqqı ilə bağlı məsələdə deputatlar auditdən aşağı səviyyədə nəzərdə tutulub. Hesablama Palatasının sədri Milli Məclisin sədri ilə, auditlər deputatla bir səviyyədə tutulur. O zaman auditlərin vəsiqələrinə həm də deputat yaza bilərik. Hesablama Palatasının sədri Milli Məclisin sədri ilə eyni maaş alır. Necə olur ki, Hesablama Palatası Milli Məclis tərəfindən yaradılır, lakin eyni maaş alırlar”.
Millət vəkili onu da bildirib ki, Hesablama Palatasının yoxlamaları məsələsində qohumluq münasibətləri məsələlərinə ciddi yanaşılmalıdır. “Korrupsiya, dövlət əleyhinə olan cinayət törədənlər Hesablama Palatasının üzvü ola bilməz” ifadələri yer alıb. Hesab edirəm ki, bu məsələ konkretləşdirilməlidir. Ağır cinayət törədən, adam öldürən şəxs Hesablama Palatasının üzvü ola bilərmi? Bu məsələ də qanun layihəsində əks olunmalıdır”.